Mail Icon

Etibarnamə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas sənəd hesab edilmir. Bunu bilirsinizmi?

❯
NDEDKR logo

AZƏRBAYCAN VƏ ŞİMALİ MAKEDONİYA ARASINDA İQTİSADİ ƏMƏKDAŞLIĞIN GENİŞLƏNDİRİLMƏSİ MÜZAKİRƏ EDİLİB

Şimali Makedoniya ilə ticarət və investisiya əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.

 

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Şimali Makedoniyanın iqtisadiyyat və əmək naziri Besar Durmişi ilə görüşüb.

 

Görüşdə Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib. Ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji sahəsində birgə fəaliyyətin intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

 

Tərəflər iqtisadi gündəlikdə olan tərəfdaşlıq məsələləri, prioritet layihələrin reallaşdırılması və ölkələrin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

 

Görüşdə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi və yeni tərəfdaşlıq imkanlarının formalaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.

28 sentyabr 2026