Rəhbərlik
Əliyev Əkbər Əli oğlu
Əliyev Əkbər Əli oğlu 10 mart 1964-cü il tarixdə Naxçıvan rayonunun Nehrəm kəndində anadan olmuşdur.
1983-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitunun Aqronomluq fakültəsinin “Alim-aqronom” ixtisasına qəbul olmuş, həmin universiteti 1988-ci ildə “Alim-aqronom” ixtisası üzrə bitirmişdir.
Əmək fəaliyyətinə 1981-ci il tarixdən Babək rayon “Kommunizm” sovxozunda başlamış, 1991-ci il tarixədək fəhlə, müvəqqəti fəhlə, briqada başçısı vəzifələrini icra etmişdir.
1991-2000-ci illərdə tarixədək Nehrəm kənd XDS İcraiyyə Komitəsinin sədr müavini, Babək rayon İcra Hakimiyətinin Nehrəm kənd nümayəndəsinin müavini, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində Fermerlər üçün informasiya və məsləhətlər xidməti şöbəsinin şöbə rəisi vəzifəsində işləmişdir.
2002-2006-cı illərdə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Aqroservis və Lizinq Xidmətində baş mütəxəssis vəzifəsində işləmişdir.
2006-cı il tarixdən 01.2015-ci il tarixədək Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Hüquqi ekspertiza və reyestrin aparılması sektorunun müdiri vəzifəsində işləmişdir.
2015-ci il tarixdən 2020-ci il tarixədək Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində Daşınmaz əmlakın hüquqi ekspertizası və reyestrin aparılması sektorunun müdiri, Daşınmaz əmlak məsələləri şöbəsinin müdiri vəzifələrində işləmişdir.
2020-ci il tarixdən Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində Daşınmaz əmlak məsələləri şöbəsinin müdiri vəzifəsində işləmiş, 2024-cü ildən tarixədək Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində Dövlət əmlakının idarə edilməsi və ondan səmərəli istifadəyə nəzarət sektorunda aparıcı məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirmişdir.
2024-cü il tarixdən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsdə İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyir.
26 may 2025-ci il tarixdən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin K/49 nömrəli Əmri ilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin İdarə heyətinin sədri vəzifəsinin müvəqqəti icrası ona həvalə olunmuşdur.
Ailəlidir, iki övladı var.