Mail Icon

Etibarnamə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas sənəd hesab edilmir. Bunu bilirsinizmi?

❯
NDEDKR logo

Rəhbərlik

İsmayılov Namiq Sultanəli oğlu

İsmayılov Namiq Sultanəli oğlu 04 dekabr 1989-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Babək rayon Qaraxanbəyli kəndində anadan olmuşdur.

2007-ci ildə Naxçıvan Özəl Universitetinin İqtisadiyyat fakültəsinin maliyyə və kredit ixtisasına daxil olmuş, 2011-ci ildə universiteti bitirmişdir.

2012-ci il tarixdən 2013-cü il tarixədək “Cahan İnşaat” MMC-də və “Cahan Sənaye Kompleksi” ASC-də mühafizəçi vəzifələrində işləmişdir.

2013-cü il tarixdən 2016-cı il tarixədək Naxçıvan Muxtar Respublikasının Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun Torpaq kadastrı, monitorinqi, qeydiyyat və informasiya sistemləri mərkəzinin mülkiyyət, istifadə və icarə hüququna dair sənədlərin tərtibi şöbəsində mütəxəssis, aparıcı mütəxəssis vəzifələrində işləmişdir.

2022-ci il tarixdən 05 mart 2024-cü il tarixədək Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Yerquruluşu, Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin Torpaq Kadastrı və Ünvan Reyestri şöbəsinin rəisi vəzifəsində işləmişdir.

05 mart 2024-cü il tarixdən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin İdarə Heyətinin sədr müavini vəzifəsində işləyir.

Ailəlidir, iki övladı var.