Mail Icon

Etibarnamə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas sənəd hesab edilmir. Bunu bilirsinizmi?

❯
NDEDKR logo

AZƏRBAYCAN-ABŞ İQTİSADİ TƏRƏFDAŞLIĞININ İNKİŞAF PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNUB

Azərbaycan və ABŞ arasında iqtisadi tərəfdaşlığın strateji inkişaf prioritetləri, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.

“Bakı Enerji Həftəsi” çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Orr ilə görüşüb.

Görüşdə Azərbaycan və ABŞ arasında iqtisadi tərəfdaşlığın strateji inkişaf prioritetləri, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, sənaye, süni intellekt, rəqəmsallaşma, kritik minerallar, mədənçilik və digər istiqamətlər üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Görüş zamanı regional bağlantıların gücləndirilməsinin iqtisadi aktivliyin artırılması baxımından mühüm rolu qeyd edilib. Azərbaycanın Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz və Yaxın Şərq regionlarını birləşdirən etibarlı platforma kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində əməkdaşlıq potensialı diqqətə çatdırılıb.

Tərəflər iqtisadi əməkdaşlığın şaxələndirilməsinin, innovativ texnologiyaların tətbiqinin və özəl sektor arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, qarşılıqlı maraq doğuran sahələrdə birgə fəaliyyətin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

08 iyun 2026