CULFA RAYONUNDA VƏTƏNDAŞ QƏBULU KEÇİRİLƏCƏK
27 oktyabr 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Nurlan Fətəliyev Culfa rayonunda vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-dan etibarən Culfa Şəhəri, Təbriz küçəsi 12 ünvanında yerləşən Culfa Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar Əmlak Məsələləri Dövlət Xidmətinin (036) 545-77-39 nömrəli telefonu, info@nemlak.gov.az elektron poçt ünvanı vasitəsilə qeydiyyatdan keçə bilərlər.
20 oktyabr 2026