Mail Icon

Etibarnamə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas sənəd hesab edilmir. Bunu bilirsinizmi?

❯
NDEDKR logo

CULFA RAYONUNDA VƏTƏNDAŞ QƏBULU KEÇİRİLİB

Oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Nurlan Fətəliyev tərəfindən Culfa rayonunda vətəndaş qəbulu keçirilib.

Culfa Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, torpaq məsələləri və işə qəbulla bağlı olub.

 

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, mövcud qanunvericiliyin tələbləri izah olunub. Araşdırma tələb edən müraciətlər mütəxəssislərin iştirakı ilə yerində baxılması məqsədilə qeydiyyata alınıb.

 

29 oktyabr 2026