Mail Icon

Etibarnamə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas sənəd hesab edilmir. Bunu bilirsinizmi?

❯
NDEDKR logo

NAXÇIVAN MUXTAR RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN RƏHBƏR HEYƏTİ VƏ KOLLEKTİVİ ZƏFƏR PARKINI ZİYARƏT EDİB

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və tabeliyindəki qurumların rəhbər heyəti və kollektivi 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Naxçıvan şəhərində yerləşən Zəfər parkını ziyarət edib.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi, rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində və şəhidlərimizin müqəddəs qanı bahasına Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnən tarixi qələbəmizin rəmzi olaraq ucaldılmış Zəfər abidəsinin önünə gül dəstələri düzülüb.

09 noyabr 2026