Mail Icon

Etibarnamə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas sənəd hesab edilmir. Bunu bilirsinizmi?

❯
NDEDKR logo

NAXÇIVANDA DÖVLƏT ƏMLAKININ İCARƏSİNDƏN DÖVLƏT BÜDCƏSİNƏ DAXİLOLMALAR 26,2 FAİZ ARTIB

2026-cı ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair 99 yeni icarə müqaviləsi bağlanılıb ki, bunlardan 68-i qeyri-yaşayış, 31-i isə torpaq sahələrinə aid olub. 93 icarə müqaviləsinin müddəti uzadılıb.

 

Yanvar-may ayları ərzində qüvvədə olan müqavilələr üzrə dövlət büdcəsinə qeyri-yaşayış və torpaq sahələrinin icarəsindən ümumilikdə 357 min manata yaxın vəsait ödənilib. Ötən beş ayda dövlət büdcəsinə daxilolmalar 2025-ci ilin eyni dövrü ilə müqayisədə 26,2 faiz artıb.

24 iyun 2026