NAXÇIVANDA YENİ ÜNVAN VERİLƏN DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİNİN SAYI 32,4 FAİZ ARTIB
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində ümumilikdə 6924 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb. Bunlardan 2481-i daşınmaz əmlakın texniki pasportu, 4443-ü isə torpaq sahəsinin planı və ölçüsüdür.
Hesabat dövründə 673 torpaq sahəsi, 108 mənzil, 93 fərdi yaşayış evi, 66 qeyri-yaşayış binası və 44 qeyri-yaşayış sahəsi olmaqla, ümumilikdə 984 daşınmaz əmlak obyektinə yeni ünvan verilib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 32,4 faiz çoxdur.
26 oktyabr 2026